Yeni mövsümün — “Miss & Mister Top Model Azerbaijan – 2027” müsabiqəsinin ilk kastinqi 24 oktyabrda baş tutdu. Bakıda, Big Model Academy-də keçirilən seçimə yeni mövsümdə podiuma çıxmaq istəyən çoxsaylı gənc qatıldı.
“Top Model Azerbaijan” müsabiqəsi dünya standartlarına uyğun olaraq model seçimlərini həyata keçirir, iştirakçıları peşəkar model kimi yetişdirir və onların yerli və beynəlxalq podiumlarda çıxış etmələrinə dəstək göstərir.
Kastinqdən hazırlanmış videoları rəsmi Instagram səhifəmizdə izləyə bilərsiniz.
Necə qatılmaq olar?
Müsabiqədə iştirak etmək və qeydiyyatdan keçmək üçün +994 77 720 20 93 nömrəsi ilə əlaqə saxlayın və ya saytımızdakı müraciət formasını doldurun. Növbəti kastinqlərin tarixləri Instagram səhifəmizdə elan olunur.
Bütün iştirakçılara uğurlar arzulayırıq!